Ramil Usubov işçi axtarır

Ramil Usubov işçi axtarır
2016-cı il may ayının 16-da Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Gəncə şəhər Baş Polis İdarəsində sıra baxışı keçiriləcək.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, sıra baxışı nazir, general-polkovnik Ramil Usubov keçirəcək.
Məlumatda bildirilir ki, sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 25-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır.
Bununla yanaşı, mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdir.
Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcəkdir.
Ümumilikdə qeyd olunan rayon polis orqanlarında vakant olan 32 kiçik rəis heyəti və 300 mülki işçi vəzifələrinə qəbul həyata keçiriləcəkdir. 
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...