Düşmən humanitar atəşkəsin birinci günü 5 bölgəyə 229 mərmi atıb

09:18 / 19.10.2020
697
18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00:00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.
Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb:
H.Hacıyev bildirib ki, 5 bölgəyə 229 mərmi atılıb:
"Tərtərə 160, Ağdama 63, Goranboya 6;
- 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;
- 1 dron hücumu".