Hikmət Hacıyev: " Həmin hücumdan bir həftə əvvəl..."

Hikmət Hacıyev:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatları, xüsusilə Gəncə şəhərinə raket hücumu ilə bağlı "Əl Cəzirə" televiziya kanalına müsahibə verib.

Sfera.az müsahibəni təqdim edir.

- Ermənistan bildirir ki, onların raketlərinin Gəncə şəhərini vurmaq üçün lazımi uçuş məsafəsi yoxdur. Bu barədə nə deyə bilərsiniz?

- Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən bunun təkzib edilməsi qeyri-əxlaqi təfəkkürün məhsuludur. Ermənistan silahlı qüvvələri Azərbaycanın ən böyük şəhərlərinə və oktyabrın 4-dən isə Gəncə şəhərinə raket hücumu həyata keçirir.

İlk dəfə deyil ki, ermənilər Azərbaycanın mülki əhalisinə qarşı qəsdən belə hücumlar törədirlər. Onlar bir vaxtlar Səddam Hüseynin mülki şəxslərə qarşı istifadə etdiyi SCUD taktiki ballistik raketlərindən istifadə edirlər. Ermənilər məhz gecə saat 1 radələrində insanların yatdığı zaman Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni və xüsusilə də şəhərin əhalinin sıx məskunlaşdığı ərazisini amansız şəkildə raket atəşinə tutublar. Ermənistanın bu raket hücumlarını həyata keçirməkdə yeganə məqsədi mülki insanlar arasında təşviş və çaxnaşma yaratmaq, bacardıqca çoxlu mülki şəxsləri qətlə yetirməkdir.

- Bir neçə saat əvvəl Azərbaycan Stepanakerti atəşə tutub.

- Bu, tamamilə yalandır. Əvvəla, həmin şəhərin adı Xankəndidir və ermənilər onun adını dəyişiblər. İkincisi, Azərbaycan Prezidenti xalqa müraciətində də bir daha vurğulayıb ki, Azərbaycan mülki şəxsləri hədəfə almır və onlara qarşı vuruşmur. Bu da Ermənistan ilə Azərbaycan arasındakı fərqdir. Azərbaycan yalnız legitim hərbi hədəflərə qarşı silah və raketlərdən atəş açır. Gəncənin raket atəşinə tutulması Ermənistanın məhz SCUD taktiki ballistik raketlərdən mülki şəxslərə qarşı istifadə etməsinin əyani təsdiqidir. Bu hücum nəticəsində 13 mülki şəxs qətlə yetirilib, 40 nəfərdən çox insan yaralanıb. Həmin hücumdan bir həftə əvvəl ermənilərin Gəncəyə raket hücumu nəticəsində isə 11 mülki şəxs həlak olmuş və 30-dan çox insan yaralanmışdı. Bütün bu hücumlar qəsdən törədilmiş vandalizm və terrorizm aktı, o cümlədən müharibə cinayəti hesab edilir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

- Bu münaqişənin dayandırılması üçün beynəlxalq səylər göstərilirmi? Yəni, bu münaqişə bu cür davam edə bilməz. Bu barədə nə düşünürsünüz?

- Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs razılaşması əldə olunub. Amma Ermənistan bilərəkdən razılaşmanın şərtlərini kobud şəkildə pozur. Bu razılaşma əldə olunduqdan dərhal sonra Ermənistan SCUD raketi ilə Gəncəyə hücum həyata keçirdi və yenidən mülki əhalini hədəfə aldı. Həmçinin Gəncə şəhəri coğrafi cəhətdən döyüş zonasından kənarda yerləşir. Bu şəhəri, xüsusilə də heç bir hərbi obyektin yerləşmədiyi həmin ərazini raket atəşinə tutmaq vandalizm aktıdır. Bütün bunlara görə Ermənistanın növbəti atəşkəs razılaşmasından sonra da atəş açmayacağına necə inana bilərik?

Dünya birliyinin Ermənistanın qeyri-qanuni fəaliyyətinə və törətdiyi hərbi cinayətlərə qarşı susqunluq nümayiş etdirməsi və bu hadisələri kəskin şəkildə pisləməməsi Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə rəvac verir. Biz beynəlxalq ictimaiyyəti Ermənistanın bu hərəkətlərini kəskin şəkildə pisləməyə və onun belə təxribatlar törətməkdən çəkindirməyə, həmçinin bu işğala son qoymasını tələb etməyə çağırırıq. Ermənistan regionda sabitliyə və təhlükəsizliyə yeganə ciddi təhdid olaraq qalır.

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...