Olimpiadaya yollanacaq idmançılarımızın sayı 42-yə çatdı
Cəmiyyət
11:11 / 18.04.2016
950
Azərbaycan Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına növbəti lisenziya qazanıb.
Sfera.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bu uğura qılıncoynadan Səbinə Mikina nail olub.
Belə ki, Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Təsnifat Turniri təmsilçimiz üçün uğurlu alınıb. Ardıcıl 3 rəqibini məğlub edən sablyaçı yarışı birinci pillədə başa vurub. Çempion titulu isə Mikinanın Rioya lisenziyasını rəsmiləşdirib.
London Olimpiadasında da iştirak etmiş idmançı ardıcıl ikinci dəfə 4 illiyin ən möhtəşəm yarışına qatılacaq.
Bununla, Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 41-ə, Rioya yollanacaq idmançılarımızın sayı isə 42-yə çatıb.