"Şuşada ayaqyalın konsert verəcəyəm!" - Faiq Ağayev

Xalq artisti Faiq Ağayev də ordumuza dəstək olan sənətçilər karvanına qatılıb.
 
Sfera.az xəbər verir ki, ifaçı əsgərlərimizə hədiyyə və məktub göndərib.

Faiq Ağayevin məktubunda deyilir:

"Əziz, sevimli, igid qardaşlarım!

Bu günlərdə dünyanın dörd bir yanında yaşayan bütün azərbaycanlıların duaları sizinlədir!

Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam!

Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur!

Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın!

Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun!

Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun!
 
İnşaAllah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!"



OXŞAR XƏBƏRLƏR