Məşhurlar həbsdəki Kamil Zeynallıdan DANIŞDI: “Bu ona dərs olacaq!”

Məşhurlar həbsdəki Kamil Zeynallıdan DANIŞDI: “Bu ona dərs olacaq!”
Bir neçə gün öncə idmançı Kamil Zeynallının həbs edilməsi xəbəri sosial mediada xeyli müzakirə olundu. Kimiləri idmançının həbsi üçün səbəb görməsə də, bu qərardan razı qalanlar da oldu.

Bəs görəsən məşhurlar bu barədə nə düşünür?

Sfera.az məsələ ilə bağlı məşhurlar arasında sorğu keçirib.

Xalq artisti, opera ifaçısı Samir Cəfərov Kamil Zeynallının həbs edilmə qərarının doğru bir addım olduğunu düşünür:


"Mən bu tip insanların cəbhəyə getməsinə qətiyyən razı deyiləm. Onlara icazə verməsələr, daha doğru olardı. Çünki onlar ora ancaq reklam üçün gedirlər. Demirəm ki, pis bir iş görürlər. Hər halda məqsədləri yardım etməkdir. Ancaq çəkib sosial şəbəkələrdə paylaşmağın tərəfdarı deyiləm. Köməklik göstərirsən gizli et, nə lüzum var ki, onu paylaşasan. Kamilin həbsi ilə bağlı verilmiş qərarı düzgün qiymətləndirirəm. Nəzərə almaq lazımdır ki, videolarda nümayiş etdirilən ərazilərin düşmən tərəfindən izlənilməsi doğru deyil”.

Muğam ifaçısı Zabit Nəbizadə isə idmançının azadlıqda olmasını daha çox istəyir. 



"Əslində Kamil çox vətənpərvər oğlandır. Onun niyyəti də qətiyyən pis ola bilməz. Kamil bu çətin dönəmdə əsgərlərimizin yanına gedib. Bu dəstəyi yüksək dəyərləndirirəm. Düşünürəm ki, getdiyi bölgələrdə əsgərlər onun gəlişinə seviniblər. Ən azından sosial şəbəkələrdə onların simasından bunu hiss etmək olar. Kamilin həbs edilmə qərarını eşidəndə, təəsüfləndim. Günü bu gün azad olunmağını istəyərdim”.

Müğənni Əlikram Bayramov isə düşünür ki, Kamilin cəbhədən bu cür videolar çəkməsi qayda-qanunu bilməməsindən irəli gəlir.



"Bir onu deyə bilərəm ki, Kamil insan olaraq  müsbət keyfiyyətləri özündə əks etdirən oğullardan biridir. Ancaq nəzərə almalı idi ki, müharibənin də öz qanunları var. Yəqin bunlardan məlumatsız olub deyə bu cür videolar paylaşıb. Bilmədən edib, yoxsa onun başqa nə məqsədi ola bilər ki? Bəlkə də bilsəydi qanunu pozur, qətiyyən etməzdi”, - deyə Ə.Bayramov bildirib.

Müğənni Kamil Zeynallının belə məqamlarda bəxti gətirmədiyini də vurğulayıb:

"Belə deyim onun nədənsə belə məqamlarda bəxti tam gətirmir. Yadınızdadır pandemiya dövründə də həbs edildi. Etdiyi yaxşılıq bəzən səhv anlaşılır. Çox insanlara yardımlar edir. Bu dəfəki həbsi də onun bəzi qayda-qanunları bilməməsindən irəli gəldi. Yəni içindəki istəyini  gizlədə bilmir. Bilmədən cəbhə bölgəsindən bu cür videolar paylaşıb. Nə deyə bilərəm ki, Allah qapısını açsın. İnanıram bu ona dərs olacaq ”.

Müğənni Rüfət Axundov isə bu barədə məlumatsız olduğunu söyləyib:



"Mən belə işlərə qarışa bilmərəm. Sadəcə onu deyə bilərəm ki, Allah köməyi olsun, qapısı açılsın. Hər halda dövlətin qoyduğu qayda -qanuna da hörmətlə yanaşmaq lazımdır”. 

Xatırladaq ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) və 517-2.6-ci (hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsinə əsasən Füzuli rayon prokurorluğunda inzibati xətalar haqqında işlər üzrə icraat başlanmış və toplanmış material baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.Füzuli rayon məhkəməsinin qərarı ilə K.Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilib.

Jalə Mehdi


OXŞAR XƏBƏRLƏR

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...