Çanaqqaladakı tarixi qüllə bayrağımızın rənglərinə büründü - FOTO

Çanaqqaladakı tarixi qüllə bayrağımızın rənglərinə büründü - FOTO
Türkiyənin daha bir şəhərində Azərbaycana dəstək nümayiş etdirilib.
 
Sfera.az xəbər verir ki, şəhərin Fetvane küçəsindəki tarixi Saat qülləsi ölkəmizlə bərabərlik və birliyi tərənnüm etmək üçün Azərbaycan bayrağı ilə işıqlandırılıb.
 
Həmin anları əks etdirən fotoları Çanaqqala Bələdiyyəsi "Twitter" səhifəsində paylaşıb.
 
Paylaşıma aşağıdakı şərh yazılıb:

"Sülhün şəhəri Çanaqqala olaraq işğal altında olan torpaqlarını müdafiə edən dost və qardaş ölkəmiz Azərbaycanın yanındayıq”.


OXŞAR XƏBƏRLƏR