Azərbaycan yığması Gürcüstana uduzdu

İdman
20:51 / 13.10.2020
4613
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sfera.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Gürcüstanın qonağı olub. Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçirilmiş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Giorgi Quliaşvili fəqlənib. 76-cı dəqiqədə Turan Vəlizadə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Hər iki kollektiv indiyədək hərəyə 8 oyun keçirib. Gürcüstan bu nəticədən sonra 12-ci xalını qazanıb, Azərbaycan isə 6 xalda qalıb.
Bugünkü görüşdə Obradoviç Azərbaycan millisinə texniki zonadan təlimatlar verə bilməyib. Səbəb serbiyalı mütəxəssisin Slovakiyaya 1:2 hesabı ilə uduzduqları ötən görüşdə qırmızı vərəqə almasıdır.