“Xiaomi” yeni qulaqlığını təqdim edib

Maraqlı
18:15 / 13.10.2020
2584
"Xiaomi” şirkəti yeni TWS qulaqlığını təqdim edib.
Sfera.az "Gizmo China”ya istinadən xəbər verir ki, "Mi Air 2 Pro” səsbatırma sistemilə təchiz edilmiş yeni cihaz dinləyicini kənar səslərdən qoruyur.
Simsiz doldurma qurğusuna malik qulaqlıq "Air2 Pro” batareyası ilə 7 saat, doldurma qurğusu ilə isə 28 saat fasiləsiz çalışa bilir.
Yerli bazarda 699 yuandan (103,8 ABŞ dolları) satılacağı bildirilən yeni qulaqlığın satışa nə zaman çıxarılacağı göstərilmir.