Dünyaca məşhur bacılardan Azərbaycana dəstək - FOTO

10:21 / 12.10.2020
4335
Dünyaca məşhur bacılar Bella Hadid və Gigi Hadid Kim Kardaşyana etiraz ediblər.
Sfera.az xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, buna səbəb erməni əsilli realiti-şou ulduzu Kardaşyanın Ermənistana dəstək olması olub. Belə ki, Kim bacısı Kloe ilə birlikdə video çəkərək sosial şəbəkədə yayımlayıblar və hər kəsi ermənilərə dəstək olmağa çağırıblar.
Digər tərəfdən isə Kardaşyan erməni ordusuna 1 milyon dollar yardım edib. Onun erməni terroruna dəstək olmasını Bella və Gigi mənfi qiymətləndirib və uşaq ölümünü dəstəkləyən postlar yayımlayan Kardaşyanları sosial şəbəkədə izləmədən çıxarıblar.
Qeyd edək ki, Giginin müğənni sevgilisi Zeyn Malik Fələstindəndir. Onun bacısı Saşa Malik isə bir neçə gündür ermənilərin Azərbaycanda mülki əhalini atəşə tutması haqda postlar yayımlayır. /Axşam.az