30 milyard dollarlıq çip sövdələşməsi

30 milyard dollarlıq çip sövdələşməsi
ABŞ-ın çip istehsalçısı "Advanced Micro Devices" (AMD) yerli rəqibi "Xillinx”i almaq niyyətindədir. 
 
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu baş tutarsa, tərəflər arasında təxminən, 30 milyard dollarlıq sövdələşmə baş tutacaq. Bu isə çip sənayesinin indiyə kimi baş tutan ən böyük sövdələşməsi deməkdir. 

Bildirilir ki, koronavirus pandemiyası dövründə kompüter və digər elektron cihazlara tələbatıın artması nəticəsində AMD-nin bazar dəyəri 89% artaraq 100 milyard dolları keçib. 

"Xillinx”in bazar dəyəri isə bu il 9% artıb və hazırda 26 milyard dollar ətrafındadır. 

OXŞAR XƏBƏRLƏR