Dövlət qulluğu vəzifələri üçün elan edilən müsahibələr təxirə salındı

Dövlət qulluğu vəzifələri üçün elan edilən müsahibələr təxirə salındı
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu üzrə müsahibələrdə iştirak etmək üçün müraciət etmiş, lakin səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmış namizədlərə müraciət edib.

DİM-dən Sfera.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq hərbi vəzifəlilərin hərbi xidmətə çağırılması həyata keçirilir:

"Hərbi xidmətə çağırılanlar arasında dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş vətəndaşlar da vardır.

DİM tərəfindən mövcud vəziyyət nəzərə alınaraq həmin vətəndaşlarla müsahibələrin keçirilməsi hərbi xidmətə çağırılmaları səbəbindən müvəqqəti olaraq təxirə salınır.

İnanırıq ki, rəşadətli Azərbaycan ordusu qısa bir müddət ərzində düşməni məğlub edəcək və öz tarixi torpaqları, doğma vətəni uğrunda döyüşən igidlərimiz tezliklə qələbə sevinci ilə geri dönəcəklər.

Müsahibələri təxirə salınmış namizədlərin nəzərinə çatdırırıq ki, onlar üçün yenidən müsahibələr təşkil ediləcək və həmin şəxslərin müsahibələrdə iştirak hüququ tam təmin ediləcəkdir", - müraciətdə bildirilir.

OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...