51 məktəb rəhbərinə xəbərdarlıq edilib, 16-na töhmət verilib - NAZİRLİK

51 məktəb rəhbərinə xəbərdarlıq edilib, 16-na töhmət verilib - NAZİRLİK
Təhsil Nazirliyi sentyabrın 23-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqlər aparmaqdadır.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, məqsəd ümumtəhsil məktəblərində Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə əməl olunması vəziyyətinin yoxlanılmasıdır.

Bu günədək 18-i özəl, 73-ü dövlət ümumi təhsil müəssisəsi olmaqla, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən (məcburi köçkün məktəbləri də daxil olmaqla) ümumilikdə 91 məktəbdə monitorinq aparılıb. Monitorinq nəticələrinin təhlili göstərir ki, yoxlama aparılmış məktəblərdə əsas qayda pozuntuları müəssisəyə daxil olan şəxslərin müvafiq qaydada hərarətinin ölçülməməsi, müəssisədə müvafiq standartlara cavab verən xüsusi karantin otağının mövcud olmaması, həmçinin sanitar qovşaqlarda maarifləndirici posterlər və xəbərdaredici nişanların yerləşdirilməməsi ilə bağlıdır.

Aşkar olunmuş qayda pozuntularının sayı və ciddiyyəti nəzərə alınmaqla, 67 dövlət ümumi təhsil müəssisəsi ilə bağlı müvafiq tədbirlər görülüb (51 müəssisə rəhbərinə xəbərdarlıq edilib, 16-na isə töhmət verilib) və nöqsanların aradan qaldırılması üçün onlara vaxt verilib (Verilmiş vaxt bitdikdən sonra həmin müəssisələrdə təkrar monitorinq keçirilməsi nəzərdə tutulur).

Eyni zamanda, qayda pozuntuları aşkar olunmuş özəl təhsil müəssisələri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Monitorinqin növbəti günlərdə də davam etdirilərək qeyd olunan bölgələrlə yanaşı, ölkəmizin başqa regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilmiş digər məktəblərdə də həyata keçirilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Məhbuslar tunel vasitəsilə həbsxanadan qaçdı - FOTO

Rusiyanın Lipetsk vilayətindəki 2 saylı islah koloniyasından altı məhbus bir anda iki tunel qazaraq qaçıb. Artıq 5 qaçaq saxlanılıb. Onların hamısı Özbəkistan v...

Madonnanın qızı daha bir məşhur brendin reklam kampaniyasında rol alıb - FOTOLAR

27 yaşlı Lourdes Leon “Marc Jacobs” brendinin reklam kampaniyasında rol alıb. Gənc məşhur görüntüləri İnstaqramda paylaşıb.   Sfera.az bild...

Bakıda külək gücləndi, bu rayona qar yağır - FAKTİKİ HAVA

Oktyabrın 26-sı saat 23:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a bildirilib ki, ölkə ərazisində qeyri-sabi...

"Oqtay, məni bağışla" - Dilarə Əliyeva

Bu gün Əməkdar artist Dilarə Əliyevanın "Mintonasiya" stand-up şousu baş tutub.   Sfera.az xəbər verir ki, aktrisa səhnədə mərhum həyat yol...

” Dünyanın güc mərkəzləri bu ölkələri öz nəzarətində saxlamaq istəyir” - VİDEO

“Avropa Parlamentinin apardığı siyasət Qərbin siyasətinin tərkib hissəsidir. Bu siyasətin tərkib hissəsi ondan ibarətdir ki, özlərindən zəif olkələri öz t...

Gürcüstanda parlament seçkiləri başa çatdı

Gürcüstanda keçirilən parlament seçkiləri yerli vaxtla saat 20:00-da başa çatıb.   Sfera.az xəbər verir ki, ümumilikdə ilk dəfə proporsional sistem ü...