MN: Azərbaycanın Qarabağdakı əməliyyatı ölkə sərhədlərindən kənara çıxmır

MN: Azərbaycanın Qarabağdakı əməliyyatı ölkə sərhədlərindən kənara çıxmır
"Azərbaycan Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində fəaliyyət göstərir, ancaq Ermənistan ərazisindən bizim ərazilər atəşə tutulur”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov TASS-a müsahibəsində deyib.

"Vəzifəmiz Ermənistanın Azərbaycana qarşı belə təxribat xarakterli hərəkətlər həyata keçirmək arzusundan əl çəkməsi üçün bu əməliyyatı ən qısa zamanda başa çatdırmaqdır”, - o bildirib.

Onun sözlərinə görə, Ermənistan ərazisindən atəş açılması məsələsi rəsmi Yerevana təzyiqlərin artırılması yolu ilə həll edilməlidir.

Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...