Hikmət Hacıyev “Ukraina-24” telekanalına müsahibə verib - FOTO

Hikmət Hacıyev “Ukraina-24” telekanalına müsahibə verib - FOTO
 Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın hərbi təxribatları ilə əlaqədar "Ukraina-24” telekanalına müsahibə verib.

Sfera.az xəbər verir ki, Prezidentin köməkçisi müsahibəsində Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatları və dövlətimizin özünün suveren ərazisini müdafiə etməsi, mülki insanlarımızın, obyektlərimizin atəşə məruz qalması barədə danışıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan 30 ilə yaxındır münaqişənin dinc yolla həllinə çalışıb. Azərbaycan ATƏT-in Minsk qrupu formatında münaqişənin həllində maraqlı olub, lakin Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib.

"Ermənistanın baş naziri "Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesini pozmaqda maraqlı olduğunu göstərib, qeyri-konstruktivlik nümayiş etdirib. Bundan başqa, Ermənistan ordusu təxribatlar törədərək Azərbaycanın mülki insanlarını qətlə yetirməyə, evləri, mülki obyektləri atəşə tutmağa başlayıb. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib”, - deyə Prezidentin köməkçisi əlavə edib.

Hikmət Hacıyev, həmçinin Azərbaycan və Ukraynanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiklərini xatırladıb, bunun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu söyləyib.

OXŞAR XƏBƏRLƏR

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər veri...

Leyla Əliyeva qızı ilə fotosunu paylaşdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ad günündə onu təbrik edənlərə təşəkkürünü bildirib. &nbs...