Bu müğənnilər Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüb - Kimlərdir və məbləğ...

Bu müğənnilər Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüb - Kimlərdir və məbləğ...

27 sentyabrdan etibarən Azərbaycana qarşı Erməni təxribatı başlayıb. Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində düşmənə layiqli cavab verilib, Cəbrayıl şəhəri, Murov zirvəsi və bir neçə kəndimiz işğaldan azad edilib.


Maraqlıdır, xalqımızın Orduyla bütünləşdiyi bu günlərdə tanınmış şou nümayəndələrindən Silahlı Qüvvələrimizə dəstək olan varmı?


Sfera.az-ın məlumatına görə, artıq bir sıra sənət adamları Ordumuza dəstək olmaq məqsədilə Silahlı Qüvvələrin Yardım Fonduna vəsait köçürüblər.


 


Bu gün isə tanınmış müğənni Nadir Qafarzadə fonda 1000 (min) manat vəsait köçürüb.


Bundan öncə müğənni isə torpalarımızın azad olunması uğrunda döyüşən əsgərlərə ərzaq və tibbi ləvazimatlar aparıb.


 


Qeyd edək ki, ilk olaraq müğənni Nuri Sərinləndirici fonda 10 000 (on min) manat yardım edib.


Sevinc

Sfera.az


OXŞAR XƏBƏRLƏR