Nəcəf mərcəiyyətindən Azərbaycanın Qarabağ mücadiləsinə böyük dəstək

Nəcəf mərcəiyyətindən Azərbaycanın Qarabağ mücadiləsinə böyük dəstək
İslam aləminin ən böyük elmi-dini mərkəzlərindən olan Nəcəf Dini Mərkəzinin 4 böyük Mərceyi Təqlidinidən biri Ayətullah əl-Uzma Seyyid Səid əl-Həkim Azərbaycanın Qarabağda apardığı azadlıq mübarizəsini dəstəkləyən bəyanatla çıxış edib.

 

Sfera.az bildirir ki, bəyanatda Nəcəf Dini Mərkəzi rəhbərliyinin Azərbaycanın cənub-qərbində baş verən hadısələrdən  narahatlığı ifadə edilərək, itkilər xüsusilə dinc vətəndaşların həlak olması ilə əlaqədar olaraq başsağlığı verilir. Bəyanatda münaqişə ilə bağlı BMT TŞ-nin müvafiq qətnamələrininn icra edilməsinin vacibliyi vurulanır, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa edilməsinə dəstək ifadə olunur.


Həmçinin bəyanatda Mərciyyətin bütün məcburi köçkünlərin öz yurdlarına ləyaqətli şəkildə qayıtmasını təmin edən, ədalətli sülhün bölgə və  dünyada bərqərar edilməsi üçün dua etdiyi bildirilir.


Qeyd edək ki, Nəcəf Elmi Mərkəzi İslam dünyasının ən qədim və nüfuzlu elmi-dini mərkəzlərindən biridir. Böyük mərceyi təqlid sayılan Ayətullah əl-Uzma Seyyid Səid əl-Həkim hazırda böyük islam alimi, Mərcəyi Əla olan Ayətullah əl-Uzma Seyyid Əli Sistaninin rəhbərlik etdiyi Nəcəf Elmi Mərkəzinin 4 əsas üləmasından biridir və adətən Mərkəzin beynəxlaq mövzulara münasibətini o ifadə edir.


1000 ildən çox yaşı olan Nəcəf Hövzəsi sırf dini-elmi mərkəz olmasını və bir qayda olaraq nadir hallarda siyasi məsələlərə münasibət bildirdiyini nəzərə alaraq Mərkəzin Azərbaycanla əlaqədar bəyanatının Nəcəf Məfrkəzinin Azərbaycan xalqının Qarabağ uğrunda mübarizəsinə verdiyi xüsusi əhəmiyyətin göstəricisidir.


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...