“Fransanı da, ATƏT-in Minsk Qrupunu da unudaq, ancaq hərbi yol…” – Ekspertlərdən açıqlama

“Fransanı da, ATƏT-in Minsk Qrupunu da unudaq, ancaq hərbi yol…” – Ekspertlərdən açıqlama

"Azərbaycanın Fransanın vasitəçilik statusundan məhrum edilməsi məsələsini qaldırmağa tam haqqı çatır.Parisə münasibətdə belə bir addımın atılması doğru olardı”.


Sfera.az-a açıqlamasında bu sözləri Fransa Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağda başlanan hərbi əməliyyatlarla bağlı verdiyi bəyanatlarda ölkəsinin vasitəçilik missiyasını unudaraq ermənipərəst mövqedən çıxış etməsi fonunda Parisin həmsədrlikdən uzaqlaşdırılması vacibliyinə toxunarkən politoloq Natiq Miri deyib:



"Fransa Prezidenti Emmanuel Makron Qarabağ məsələsində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin rəhbəri olaraq öz dövlətinin statusuna uyğun şəkildə davrana bilmədi. ATƏT-in Minsk qrupu BMT-nin mandat verdiyi bir təşkilatdır.Digər həmsədr ölkələr kimi Fransaya da bu status əslində BMT-nin 4 qətnaməsinin icra olunmasına çalşımaq üçün verilmişdi. Belə olan təqdirdə, Paris indi yürütdüyü davranışdan fərqli olaraq tamamilə əksinə davranmalı idi”.


Politoloq Azərbaycanın Fransanın vasitəçilik statusundan məhrum edilməsi məsələsini qaldırmağa tam haqqı çatdığını düşünür:

 

"Hesab edirəm ki, Parisə münasibətdə belə bir addımın atılması doğru olardı. Vasitəçi ölkə neytral olmalı idi ki, Paris də bu statusu kobud şəkildə pozub. Digər tərəfdən, vasitəçi ölkə münaqişə tərəflərindən hər hansı birini tərəf olaraq dəstəkləməli deyil. Konkret situasiyada isə Fransa birmənalı olaraq işğalçı tərəfi dəstəkləyir”.

 

Həmsöhbətimizə görə, indiki halda ATƏT-in Minsk Qrupunun gələcəkfəliyyətindən danışmağa ümumiyyətlə ehtiyac yoxdur:

 

"Açığı, ATƏT-in Minsk Qrupu məsələsini indiki halda o qədər də qabartmağa ehtiyac görmürəm. Çünki Minsk Qrupu 27 il ərzində problemin həlli istiqamətində heç nə edə bilməyib. Bu ona görə deyil ki, Minsk Qrupunun problemi həll etməyə imkanı çatmayıb. Sadəcə, ATƏT-in Minsk qrupu bunu etmək istəməyib. Burada təmsil olunan həmsədr dövlətlər işğalçının tərəfində olub. Ona görə də problem bu günə qədər öz həllini tapmır. Bu səbəbdən də Azərbaycan öz torpaqlarını hərb yolu ilə azad etməyə başlayıb. Qısa müddətdə Azərbaycan işğala son qoyaraq torpaqları azad etdiyi təqdirdə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də ehtiyac qalmayacaq”.


"Paris bu qurumdan uzaqlaşdırılmalıdır”



Bu sözləri isə sayta açıqlamasında AXP sədri Pənah Hüseyn deyib:


"Fransa Minsk Qrupunun həmsədr ölkəsi olaraq çoxdan özünün bitərəfliyini itirib. Makronun son açıqlamaları da göstərir ki, Fransa faktiki olaraq münaqişədə Ermənistanın tərəfini saxlayır.

 

Ona görə də bu məsələ ilə əlaqədar hüquqi mexanizmlərədn istifadə etməklə Fransanın ATƏT-in Minsk Qrupunda həmsədrlikdən uzaqlaşdırılması məsələsini qaldırmalıyıq. Azərbaycan bu məsələdə mövqeyini ortaya qoymalıdır. Amma Fransanın qurumdan uzaqlaşdırılıb-uzaqlaşdırılmaması təkcə Bakıdan asılı məsələ deyil”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...