Paşinyanın Trampla danışmaq istəyi baş tutmadı

Paşinyanın Trampla danışmaq istəyi baş tutmadı
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycan ordusunun erməni birləşmələrini əzməkdə olduğu bir vaxtda xaotik şəkildə dünya liderlərinə dalbadal zənglər edir. Ötən həftə sonu Paşinyan ABŞ prezidenti Donald Trampla da danışmaq istəyib, amma baş tutmayıb.
 
Sfera.az bildirir ki, bu haqda "The New York Times” qəzeti yazır.
 

Belə ki, ötən həftənin cümə günü Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Robert O’Breynə zəng vurub. Və qəzetin yazdığı kimi delikat məsələ qaldırıb: ABŞ nəyə görə müttəfiqi Türkiyənin Qarabağda Birləşmiş Ştatların istehsalı olan F-16 qırıcılarını istifadə etməsinə mane olmur?

Telefon danışığı zamanı Paşinyan Türkiyənin Azərbaycanın tərəfində münaqişəyə "hərbi müdaxilə” etdiyini və nəticədə vəziyyətin təhlükəli xarakter aldığını deyib. Robert O’Breyn Paşinyanı dinləyib, onun "narahatlığını başa düşdüyünü” deyib və vəd edib ki, Ermənistan baş naziri ilə ABŞ prezidenti arasında telefon danışığını təşkil edəcək.


Lakin bundan cəmi bir neçə saat sonra Trampın koronavirus testi müsbət çıxıb və o, xəstəxanaya yerləşdirilib. Nəticədə Paşinyana onunla danışıb Türkiyədən, Azərbaycandan şikayətlənmək qismət olmayıb. /Hit.az


OXŞAR XƏBƏRLƏR

Ermənistanlı nazir Türkiyəyə gedir - Yol məsələsi müzakirə olunacaq

Bu gün, iyunun 27-də Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan müşavirlərindən birinin müşayiəti ilə Türkiyəyə yola düşəcək.  ...

Qaxda zəlzələ oldu

Zaqatala stansiyasından 27 km cənub-şərqdə Qax rayonunda zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosundan...

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...