Erməni blogerdən etiraf: Qarabağın şimal və cənubunu itirmişik

Erməni blogerdən etiraf: Qarabağın şimal və cənubunu itirmişik
 Məşhur erməni bloger Tiqran Köçəryan Dağlıq Qarabağ ətrafında baş verənləri qələmə alıb.

Sfera.az xəbər verir ki, erməni bloger bundan sonra susmayacağını və həqiqətləri söyləcəyini açıqlayıb.

O, Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib. Bu qərarın isə yalnış olduğunu bildirib. Daha sonra bloger vurğulayıb ki, Paşinyanın yarıtmaz siyasəti və hərbi təcrübəsizliyi nəticəsində Dağlıq Qarabağın şimal və cənubu itirilib.

Tiqran Köçəryan həmçinin Paşinyanın erməniləri daha bir məsələdə aldatdığını deyib. Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək Paşinyan hökumətinin Xankəndidə rus hərbçilərinin olması barədə yalanlarını ifşa edib və bunun həqiqəti əks etdirməyini vurğulayıb.
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR