Mustafa Şentop ermənilərin Gəncəyə hücumunu qınadı

Mustafa Şentop ermənilərin Gəncəyə hücumunu qınadı
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Gəncədə mülki əhalinin Ermənistan ərazisindən atəşə tutulmasını pisləyib.

 

Sfera.az xəbər verir ki, M. Şentop bu barədə "Twitter" səhifəsində yazıb:

 

"Azərbaycanın tarixi Gəncə şəhərinə edilən hücum Ermənistanın hüquq tanımaz və işğalçı davranışının son nümunəsidir.

 

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoymağa çarə tapmaqdan qaçan Minsk qrupu Gəncəni və mülki əhalini hədəf alan hücumlar qarşısında susqun qalıb. Beynəlxalq təşkilatlar və qurumların ikili standartları sona çatmalıdır”.


OXŞAR XƏBƏRLƏR