Ermənistanın daha bir saxtakarlığı ifşa olundu

11:19 / 05.10.2020
852
İşğalçı Ermənistan tərəfinin sentyabrın 27-dən cəbhədə
başlatdığı gərginlik hələ də davam edir. Bununla yanaşı müxtəlif erməni mənbələr
Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan məlumatlar paylaşırlar. Belə
ki, onlar Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qadağan olunmuş silahlardan
istifadə etməsi haqqında iddialar irəli sürürlər.
Sfera.az xəbər verir ki, "Fact Check Karabakh” adlı "Facebook" səhifəsində iddialar barədə bunlar yazılıb:
"Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən qadağan edilmiş kaset tipli sursatlardan istifadə olunur. Videogörüntüyə nəzər saldıqda aydın görünür ki, bu video saxtadır. Necə olur ki, zərbədən sonra ağacların heç bir budağı qırılmır, asfalt örtüyü zədələnmir və kənarda dayanmış avtomobillər zədə almır. Eyni zamanda partlayan avtomobilin sükanı və oturacağının olmadığı aydın görünür”.