Ermənistan ordusu Horadizə 80-ci illərə məxsus Uroqan raketi atıb - FOTO

09:35 / 04.10.2020
2914
Bu gün səhər Ermənistan ordusu Horadizə 2 Uroqan raketi atıb.
Sfera.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri "Uraqan” taktiki raket kompleksindən istifadəyə başlayıb.
Düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlər partlamayıb.
Ermənistan ordusunun əksər raketləri 80-ci illərə məxsus olduğu üçün yararsız hala çevrilib. Köhnə olduğu üçün bir çox hallarda partlamır.
Qeyd edək ki, iki gün əvvəl Şəmkirə atılmış Toçka raketi də partlamamışdı.