Madagiz “Qarabağın açarı” hesab olunur - AÇIQLAMA

Madagiz “Qarabağın açarı” hesab olunur - AÇIQLAMA
Madagiz kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar vilayətində Ağdərə rayonunun inzibati ərazisinə aid idi. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu Tərtər və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Madagiz kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Düşmən bu istiqamətdən Tərtəri artilleriya atəşinə tuturdu. Bu ərazi strateji baxımdan "Qarabağın açarı” hesab olunur. Çünki Murovdağ silsiləsinin cənub yamacı ilə Sərsəng gölünə yol buradan keçir. Madagizin alınması ilə Murov, Kəlbəcər, Tərtər yolu tamamilə kəsilir və Ağdam şəhərinin azadlığına yol açılır.

Sfera.az xəbər verir ki, hərbi ekspert Şair Ramaldanov "ATV Xəbər”ə açıqlamasında Madagizin strateji əhəmiyyətindən danışıb.


O bildirib ki, Madagizdə çoxlu düşmən ehtiyatları, texnika, idarəetmə məntəqələri var idi:
"Madagiz çox vacib bir istiqamətdi: həm Ağdərə, həm Sərsəng, həm də Kəlbəcər istiqaməti üçün. Oradan gələn yol nəzarət altında olur. Həm taktiki, həm strateji, həm əməliyyat cəhətdən çox vacib mövqedir. Çox vacib yaşayış məntəqəsidir. Bu yaşayış məntəqəsi Azərbaycan Silahlı Qüvvələrinin irəliləməsinə və ətraf əraziləri nəzarət altında saxlamağa çox böyük imkan yaradır”.


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...