Cəbhə bölgəsində foto-video çəkilişi qadağan olundu - DİN-dən xəbərdarlıq

Cəbhə bölgəsində foto-video çəkilişi qadağan olundu - DİN-dən xəbərdarlıq
 "2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini müxtəlif növ silahlardan atəşə tutmuşdur. Bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamışdır. Son günlər daxil olan məlumatlara əsasən, cəbhəboyu zonada vəziyyət haqqında bəzi şəxslər, xüsusilə də sosial media və digər rəqəmsal platforma istifadəçiləri tərəfindən hərbi-siyasi və əməliyyat şəraiti, qoşunların dislokasiyası, hərbi texnika və onun hərəkəti, silah-sursat, habelə dövlət təhlükəsizliyinə xələl gətirən digər məlumatların yayılması halları müşahidə edilir".

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumatında deyilir: 
"Əhalinin nəzərinə çatdırırıq ki, "Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyalar yayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

Hazırda ordumuzun uğurlu hərbi əməliyyatlar apardığı, düşmənə sarsıdıcı zərbələr endirdiyi və ərazilərimizi işğaldan azad etdiyi bir dövrdə hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq".


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...