Düşmənin Tərtərdə toplarla dağıtdığı evlər

11:45 / 03.10.2020
1543
Dünən - oktyabrın 2-də düşmən yenə dinc əhalini həfə hədəf alıb. Yalnız həmin gün ərzində Tərtərə 2 mindən çox mərmi düşdü.
Sfera.az bildirir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Mülki evlərə, mülki obyektlərə və inzibati ərazilərə ziyan dəyib.
Həmçinin düşmənin atdığı "Qrad" mərmisi evlərə, məktəblərə, kafe, restoranlara və şəhərin mərkəzi küçələrinə düşüb.
Hazırda Emənistan silahlı bölmələri tərəfindən Tərtər şəhərinə top mərmiləri atılmaqda davam edir. Azərbaycan Ordusu düşmənə lazımi cavab verir, döyüşlər davam edir.
"Report" mərmi düşən evlərin fotolarını təqdim edir: