Nazirlik: V-IX siniflərin həftədə 5 dəfə ənənəvi qaydada dərsə gəlmələri nəzərdə tutulmur

Nazirlik: V-IX siniflərin həftədə 5 dəfə ənənəvi qaydada dərsə gəlmələri nəzərdə tutulmur

"Oktyabrın 1-dən I – IV sinif şagirdləri həftədə 3 dəfə əyani dərslərdə iştirak edəcək. Nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib".

Nazirlikdən APA-ya verilən məlumata görə, şagird sayı 200-dən az olan məktəblərdə (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) sinifdə şagirdlərin sosial məsafə gözlənilməklə yerləşdirilməsi mümkün olduğu halda, ibtidai siniflər həftədə 5 dəfə ənənəvi qaydada dərsə gələ bilərlər. Bu zaman fiziki tərbiyə dərslərinin keçirilməsi tövsiyə edilmir.

1 oktyabr tarixindən V – IX sinif şagirdləri əyani dərslərə başlayıb. Bütün ölkə üzrə V – IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərdə iştirak edirlər. Sinifdə şagird sıxlığı uşaqların bütöv siniflə dərs keçməsinə imkan verdiyi halda belə, şagird və müəllim hərəkətliliyini azaltmaq məqsədilə onların həftədə 5 dəfə ənənəvi qaydada dərsə gəlmələri nəzərdə tutulmur. Epidemioloji vəziyyət yaxşılaşdıqca şagirdlərin məktəbə daha çox gəlməsi təmin ediləcək.

Qeyd edilib ki, xüsusi karanti rejimi tətbiq edilən regionlarda ictimai nəqliyyatın şənbə günü işləməməsini  nəzərə alaraq, dərslərin bir qismini həftəiçi 2-ci və ya 3-cü növbəyə salmaq tövsiyə edilir. Bu rejimi V – IX sinif şagirdlərinə tətbiq etmək məqsədəuyğundur.


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...