Belarus Dağlıq Qarabağ münaqişə zonasında qan tökülməsini dayandırmağa çağırır

Belarus Dağlıq Qarabağ münaqişə zonasında qan tökülməsini dayandırmağa çağırır
 Belarus münaqişə vəziyyətinin kəskin gərginləşməsindən və Dağlıq Qarabağ zonasında ağır silah və aviasiya vasitələrindən istifadə ilə bağlı aktiv hərbi əməliyyatlardan olduqca narahatdır.

Sfera.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin münaqişə zonasındakı vəziyyətin gərginləşməsi ilə əlaqədar açıqlamasında deyilir.

"Biz nəinki çağırırıq, həm də bizim üçün hər iki vacib tərəfdaşdan - Azərbaycandan və Ermənistandan səmimi qəlbdən hərbi əməliyyatları dayandırmağı, silahdan imtina etməyi və vəziyyəti sülh yolu ilə, o cümlədən ATƏT-in Minsk Qrupu çərçivəsində həll etmək üçün yollar tapmağı xahiş edirik. Tərəflərə bu və onlar üçün məqbul olan digər formatlardakı dialoqun təşviqində hər hansı bir kömək göstərməyə hazır olduğumuzu təsdiq edirik”, - bəyanatda belə deyilir.

"Bu gün vacib olan, ən qısa zamanda qan tökülməsini dayandırmaq və yeni qurbanların qarşısını almaqdır. İnsan həyatı əvəzsizdir, bu səbəbdən regionda sülh və əmin-amanlığın qorunması üçün hər cür səy göstərmək lazımdır”, - deyə Belarus Xarici İşlər nazirinin bəyanatında qeyd olunub.
 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

İranda kütləvi həbslər başladı – Yüzlərlə tutulan var

İranda İsraillə müharibənin başlanmasından sonra genişmiqyaslı repressiyalar dalğası başlayıb. Son məlumatlara görə, ölkədə 700-dən çox şəxs saxlanılıb, azı 6 n...

Zaxarova Azərbaycana təşəkkür etdi

Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar İran, İsrail və İraqdan 1000-dən çox Rusiya vətəndaşı təxliyə edilib. Rusiya vətəndaşları İranı əsasən Azərbaycan,...

“iPhone 17 Pro”nun yeni kamera xüsusiyyətləri açıqlandı

“Apple” şirkətinin bu payız təqdim edəcəyi gözlənilən “iPhone 17 Pro” modeli ilə bağlı maraqlı detallar ortaya çıxıb. Yeni yayımlanan mə...

Azərbaycanda ət bahalaşacaq - VİDEO

Mal-qara üçün əsas yem mənbəyi sayılan quru otun qiymətində ciddi bahalaşma müşahidə olunur.   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər veri...

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...