Rusiyanın “vaqnerçi” muzdluları Qarabağa gəlməyə HAZIRLAŞIR

Cəmiyyət
16:39 / 28.09.2020
5118
Rusiyada fəaliyyət göstərən və daha çox "vaqnerçilər” kimi tanınan "Vaqnerin özəl hərbi şirkəti”nin muzdlu döyüşçüləri Qarabağa gələ bilər.
Modern.az Rusiyanın Ura.ru saytına istinadən bildirir ki, "vaqnerçi”lərdən biri bu barədə açıqlama verib.
"Siqnal gələn kimi Qarabağa yola düşəcəyik. Biz Ermənistan tərəfdə vuruşacağıq”-deyə muzdlu döyüşçülərdən biri sayta danışıb.
Xatırladaq ki, "vaqnerçi”lər Suriya, Liviya, Venesuela və s. regionlarda pul qarşılığında döyüşlərə qatılıb.