Şiddətli döyüşlər gedir, uğurlar var - RƏSMİ

Şiddətli döyüşlər gedir, uğurlar var - RƏSMİ
 
Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Sfera.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin az öncə yaydığı rəsmi açıqlamada deyilir.
 
Məlumatda bildirilir ki, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər: "Bütün cəbhə boyu şiddətli döyüşlər gedir".

OXŞAR XƏBƏRLƏR