Düşmən niyə məhz Tovuzu hədəfə alıb? – Politoloqdan şərh

Düşmən niyə məhz Tovuzu hədəfə alıb? – Politoloqdan şərh

"Bu bir nəbz yoxlamasıdır”.


Bu sözləri Sfera.az-a açıqlamasında son günlər Tovuz istiqamətində döyüşlərin yenidən intensivləşməsinin nəyin göstəricisi olması məsələsinə aydınlıq gətirərkən politoloq Natiq Miri deyib:

 

"İrəvan hər bir halda çalışacaq ki, növbəti təxribatları məhz Ermənistan-Azərbaycan sərhədində törətsin. Ona görə ki, sərhəddə törədilən istənilən hərbi təxribat Azərbaycanın sərhəddən o tərəfə irəliləyə bilməyəcəyi faktını ortaya qoyur. Əks təqdirdə, Azərbaycanı aqressiyada ittiham edəcəklər ki, bu da tərəzinin gözündə işğalçı İrəvanla Bakını bərabərləşdirəcək”.

 

N. Mirinin fikrincə, belə hərbi təxribatların sərhəddə törədilməsi Qarabağ cəbhəsində baş verən prosesi unutduraraq, ikinci plana, pərdə arxasına çəkir:

"Məsələnin ikinci tərəfi isə odur ki, təxribat sərhəddə baş verərsə və Azərbaycanı guya işğalda ittiham edərlərsə, bu Rusiyanın nüvəsi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) prosesə müdaxilə etməsinə zəmin yaradar.

 

Bu da erməni hiyləsi və niyyətindən xəbər verən bir məsələdir. Ən nəhayət, Tovuz istiqamətində növbəti erməni təxribatı bir nəbz yoxlamasıdır.Sərhəddəki Azərbaycan Ordusunun vəziyyətini müəyyənləşdirmək istəyirlər.Ona görə düşünürəm ki, bu cür hadisələr hələ davam edəcək”.

 

Politoloq qeyd etdi ki, Ermənistan əsas təxribatını nə zaman törədəcəyi istiqamətində ciddi hazırlıqlar aparır:

 

"Düşünürəm ki, o gün heç də uzaqda deyil. Hiss olunur ki, İrəvan müxtəlif qüvvələri Ermənistana cəmləşdirməklə ciddi hərbi təxribatın törədilməsinə hazırlaşır. Sərhəd zonasında və ya Qarabağ cəbhəsində belə təxribatlar ola bilər. Ona görə də bu cür qısa müddətli təxribatlar təbiidir. Hər bir halda Azərbaycan hazırlıqlı olmalıdır”.


Elçin


OXŞAR XƏBƏRLƏR

“Prezidentin təqdim etdiyi açıqlamalar Azərbaycanın yaşıl enerji gündəliyinin iddialı olduğunu göstərir”

“İyunun 2-də Bakıda Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsi növbəti dəfə öz işinə başladı. Tədbir çərçivəsində Bakı Ekspo Mərk...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Lənkəranda zəlzələ olub.   Sfera.az xəbər verir ki, yeraltı təkanlar 3-4 bala qədər hiss olunub....

Bakıda üç tanış bir nəfəri oğurladı, narkotik və pul tələb etdi - TƏFƏRRÜAT

Bakıda adam oğurluğu, quldurluq və digər cinayətlərdə ittiham olunan 1993-cü il təvəllüdlü Tural İslamov, 1998-ci il təvəllüdlü Nurlan Səfərov və 1996-cı il təv...

ABŞ səfirliyindən Ukraynadakı vətəndaşlara XƏBƏRDARLIQ

ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı ehtiyatlı olmağı və sığınacaq axtarmağı tövsiyə edib.   Sfera....

"Bunu dərk edəndən sonra məzarımı qazdırdım" - Meyxanaçı

"Əvəllər elə bilirdim ki, heç vaxt ölməyəcəyəm. Allah Hacı Şahinə rəhmət eləsin. Deyirdi ki, "Ele bilirsiniz ki, ölüm ancaq qonşu, qohum üçündür?"...

Ali Koçun "Fənərbağça"dakı gələcəyinə aydınlıq gəldi

"Fənərbağça" klubunda yeni prezident seçkisi keçirilməyəcək.  Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belə ki, ...