Özgecanın qatili həbsxanada öldürüldü

Özgecanın qatili həbsxanada öldürüldü
Mersində təcavüz olunaraq qətlə yetirilən tələbə Özgəcan Aslanın qatili Ahmet Subhi Altındöken ömürlük həbs olunduğu həbsxanada qətlə yetirilib. 

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ahmet eyni cəza evində qaldığı atası Necmettin Altındökenlə birlikdə digər məhbuslar tərəfindən silahla vurulub. Xəstəxanaya aparılan ata-oğuldan Necmettinin həyatını xilas etmək mümkün olsa da, Ahmet keçinib. 26 yaşlı Ahmet Subhi Altındöken bir güllə yarasından həyatını itirib. N.Altındöken isə 2 güllə yarası alıb və əməliyyat olunub. 

Xatırladaq ki, Özgecan Aslana avtobusda təcavüz etdikdən sonra onu qətlə yetirən Ahmet Subhi Altındöken ömürlük həbsə məhkum edilmiş və qətl aylarla Türkiyə gündəmindən düşməmişdi. Necmettin Aslan cinayəti gizlətmək cəzasından həbsdə yatırdı. 


OXŞAR XƏBƏRLƏR