“Ordu və cəmiyyət arasında əlaqələri təkmilləşdirmək lazımdır” - AÇIQLAMA

“Ordu və cəmiyyət arasında əlaqələri təkmilləşdirmək lazımdır” - AÇIQLAMA
 

"Ümumiyyətlə, bildirmək istəyirəm ki, bu tipli məsələlərin qarşısını almaq üçün Müdafiə Nazirliyinin üzərinə böyük yük düşür”.

Bunu HİT.Az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli söyləyib. O bildirib ki, Ermənistan Azərbaycana qarşı təkcə ərazilərinin işğalı ilə deyil, həm də qaynar informasiya müharibəsi aparır:
 "Azərbaycan uzun illərdir bu müharibənin fəasadlarını təmizləməklə məşğuldur. Birinci Qarabağ müharibəsində də Azərbaycan ordusu ilə bağlı həddindən artıq əsassız fikirlər səsləndirilirdi. İnsanların orduya qarşı etibarını öldürməyə çalışırdılar. Bu kampaniyalar həm orduda ruh düşkünlüyü yaradır, həm də insanlar arasında orduya inamı azaldırdı. Hazırda da bu proses davam edir. Düşmən tərəfindən ordumuzun rəhbərliyində təmsil olunan şəxslərə qarşı inamsızlıq formalaşdırılmağa çalışılır. Bununla da ordunun daxilində həmin şəxslərə qarşı mənfi ab-hava yaradılır. Hesab edirəm ki, bu kampaniyaların qarşısını almağın yeganə yolu ordu və cəmiyyət arasında daha sıx əlaqələri təşkil etməkdir. İndi pandemiya dövrüdür, ordumuz qapalı rejimə keçib. Bu baxımdan konkret addım atmaq mümkün deyil. Amma ümumiyyətlə, bildirmək istəyirəm ki, bu tipli məsələlərin qarşısını almaq üçün Müdafiə Nazirliyinin üzərinə böyük yük düşür. Onların aidiyyatı qurumları daim vətəndaşlarla işləməli, onların orduya olan inamını artırmaq üçün işlər görülməlidir. Məsələn, kütləvi-mədəni tədbirlərin, sənədli filmələrin çəkilməsi, hərbiçilərimiz haqqında maraqlı materialların hazırlanmasından istifadə etməklə bu məsələni yoluna qoymaq olar. Televiziya və internet  resurslarından istifadə edərək bu materiallar ictimaiyyətə təqdim olunmalıdır. Yəni düşmən düşmənliyində qalacaq, Azərbaycan ordusunu xalqın gözündən salmağa çalışacaq, insanlara yalan informasiya ötürəcəklər. Bunun qarşısını almaq üçün bu tipli təbliğat vasitələrindən istifadə etmək lazımdır. Sözsüz ki, ərazilərimiz işğaldan azad edilməlidir. Bu zaman ordu və xalq birliyi vəhdət halını alacaq”. 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...