"Mənə bir gündə neçə dəfə təcavüz edirdilər" - TÜKÜRPƏDƏN MÜSAHİBƏ - VİDEO

 

Tanınmış teleaparıcı Ramal Hüseynov yeni sosial layihə ilə gündəmə gəlib

Uzun illər ölkənin müxtəlif televiziyalarında bir çox verilişlərin aparıcısı olan Ramal Hüseynov SMG Media ilə birgə yeni sosial layihə başladıb.

Dalan 18+ adlı layihə faciəvi həyat yaşamış insanların təsirli və ağır həyat hekayələrini izləyicilərə çatdırır. Silsilə buraxılışlardan ibarət bu layihədə insan alveri, qadın haqları, məişət zorakılığı, gender problemləri, uşaqlara qarşı cinsi zorakılıq, psixoloji və digər zorakılıq növlərini yaşamış insanların real hekayələri onların öz dilindən nəql olunur.

Ramal Hüseynov layihə haqqında fikirlərini bölüşərkən bildirib ki, bu həyat hekayələrini olduğu kimi təqdim etməkdə əsas məqsədimiz cəmiyyətimizdəki çox insanların xəbərsiz olduğu problemləri real şəxslər üzərində göstərmək və nəticə çıxarmağı onların özünə buraxmaqdır. "Biz bu həqiqətləri heç bir mübaliğəsiz, təhrif, tənqid və təbliğ etmədən ictimaiyyətə çatdırmaqla valideynlərə, gənclərimizə, ümumilikdə cəmiyyətimizə bir həyəcan təbili çalırıq. Onları daha diqqətli olmağa, bu hekayələrdən düzgün nəticə çıxarmağa çağırırıq.”, – deyə aparıcı sözlərinə əlavə edib. O, həmçinin, oxşar həyat hekayələrini yaşamış insanlara səslənərək onları yaşadıqları hadisələri istər anonim, istərsə də açıq şəkildə  bölüşməyə dəvət edib. "Bu halların heç birinə laqeyid yanaşmaq olmaz. Nə qədər çox insan bu barədə məlumatlansa, onların həllini birgə daha rahat tapmaq olar”.

Qeyd edək ki, Dalan 18+ layihəsinin ilk buraxılışında insan alverinin faciəvi qurbanı olmuş bir qadın öz yaşadıqlarını bütün incəlikləri ilə bölüşüb. Biz də həmin videonu izləyicilərimizlə bölüşürük.



OXŞAR XƏBƏRLƏR

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər veri...