Rusiya qırıcısı partladı - VİDEO - FOTO

Rusiya qırıcısı partladı -  VİDEO - FOTO

İnternetdə Rusiyaya məxsus Tu-95 bombardmançı təyyarəsinin partlayış anını əks etdirən video yayılıb.

Sfera.az anspress-ə istinadən bildirir ki, partlayış 2015-ci il iyunun 8-də baş versə də görüntülər bu günlərdə yayılıb.

Priamuredə Ukrayinka aviabazasında baş verən partlayış nəmalüm şəxs tərəfindən çəkilərək paylaşılıb. Kadrlarından görünür ki, uçuş zolağına endikdən sonra bir müddət yerdə hərəkətə davam edən qırıcı təyyarə birdən partlayır. Dalbadal iki partlayışın alovu bütün uçuş zolağını bir anda işıqlandırır. Hərbi təyyarənin qəfildən baş verən partlayışının səbəbini hələlik öyrənmək mümkün olmayıb. Kadrda müzakirə edən səslərə görə, partlayış vaxtı təyyarəyə kənardan hər hansı bir müdaxilə olmayıb.
Hazırda qəza faktı üzrə Rusiya Hərbi istintaq bölməsi cinayət işini araşdırır. İlkin məlumatlara görə, partlayışa, hava gəmisinin istismarı vaxtı buraxılmış səhv səbəb olub. Həmçinin verilən məlumata görə, uçuşa nəzarət etmiş əməkdaş ekipaja təyyarəni yalnız gəminin alışmasından 39 saniyə sonra tərk etməy əmri verib və hadisə yerinə xilas etmə briqadasını yollamayıb. Hadisə zamanı ekipaj üzvləri ciddi xəsarətlərlə qurtulub.


OXŞAR XƏBƏRLƏR

İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriliən iclasında müzakirə edilmi...

Xarici media subyektləri ilə bağlı tələblər təsdiq edildi

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyə...

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...