“Hazırda aparılan islahatlar Azərbaycan Ordusunun güclənməsinə xidmət edir” – Deputat

“Hazırda aparılan islahatlar Azərbaycan Ordusunun güclənməsinə xidmət edir” – Deputat

"Bu gün hərbi hissələrin təmir olunması, yenilərinin tikilib istifadəyə verilməsi, Azərbaycan əsgərinin və zabitinin bütün təminat formalarında şəraitinin yaxşılaşdırılması şəxsi heyətin döyüş ruhunun artmasına səbəb olur”.


Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.


O bildirib ki, Azərbaycan Ordusunun ən müasir silahlarla təmin olunması və bu istiqamətdə yenidənqurma işlərinin görülməsi təqdirəlayiqdir:

 

"Hazırda Azərbaycan Ordusu ən müasir silahlarla təmin olunub. Ordumuzun təchizat baxımından daim güclü və müasir döyüş vasitələri, hərbi texnikalar və silah-sursatla təmin olunması müstəqilliyimizi şərtləndirir. Eyni zamanda dövlət büdcəsindən müəyyən miqdarda vəsait ayrılaraq, hərbçilərin sosial problemlərinin həllinə çalışılır. Bu proses davamlı şəkildə aparılır. Onların mənzillərlə təmin olunması, təqaüd almaları üçün dövlətin bütün imkanlardan istifadə olunur”.


A.Mollazadənin fikrincə, müxtəlif miqyasda keçirilən təlimlər ordunun şəxsi heyətinin döyüş hazırlığını yüksəldir: "Belə təlimlərin müxtəlif qoşun növləri arasında keçirilməsi orduda koordinasiyanı gücləndirməklə, düşmənə qarşı mübarizədə vahid cəbhədə hazırlıq səviyyəsini artırır. Ona görə də real döyüş şəraitinə uyğun təlimlər keçirmək hərbçilərin praktiki hazırlığını artırır və döyüş qabiliyyətini yüksəldir”.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən böyük ağzına sahib qadın bacardığı möcüzələri göstərdi - FOTOLAR

Ginnesin Rekordlar Kitabının rəsmi saytı həm təəccüb, həm də heyranlıq doğuran kateqoriyada yeni dünya nailiyyətinin qeydə alındığını elan edib.   Sf...

Cennifer Lopezin yeni eşq macərası başlayır? - FOTOLAR

55 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopezin yenidən eşq yaşadığından şübhələnmək üçün paparassilərin əlinə əsaslı faktlar keçib. Belə ki, J.Lo Brett ...

Mişel Obama boşanma şayiələrinə münasibət bildirib

Keçmiş birinci xanım radio proqramlarının birində evliliyi barədə açıqlamalar verib.     Sfera.az bildirir ki, Mişel Obama boşanma şayiələrin...

Saxta epidemiya ilə 8000 nəfəri xilas edən həkimin hekayəsi: Eugene Lazowski

Müharibə qəhrəmanlığı bəzən səssiz, görünməz, tibbi iynənin ucuna yazılır. Polşalı həkim Eugene Lazowski minlərlə insanın həyatını xilas edərək adını tarixə yaz...

Zaman anlayışı olmayan, mağarada yaşayan insan elm aləmini heyrətləndirdi - FOTO

Heç düşünmüsünüzmü ki, xarici aləmdən tamamilə kəsildiyiniz, saatların, günəş işığının və təqvimlərin olmadığı bir yerdə nə qədər dayana bilərsiniz? Fransız ali...

Suqovuşanda oğul anasını BIÇAQLADI

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub. Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib. Məlumata görə, Ələkb...