"Tvitter"in işində problemlər yaranıb

Maraqlı
12:10 / 02.09.2020
3141
"Tvitter" mikrobloqlar şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
Sfera.az xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Tvitter"in işində texniki qüsurlar əsasən ABŞ, Çili, Böyük Britaniya, Yaponiya və Filippində müşahidə edilib.
İstifadəçilərin təxminən 43 faizi "Tvitter" iPhone və iPad üçün olan tətbiqində, 35 faizi şəbəkənin saytında, 20 faizi isə Android üçünolan tətbiqində problemlərlə üzləşiblər.