Nar+” tətbiqindən istifadə edənlərin sayı 300 mini ötüb!

Nar+” tətbiqindən istifadə edənlərin sayı 300 mini ötüb!
 

"Nar” abunəçiləri artıq bir ildir ki, hesabı daha asan idarə etməyə imkan verən "Nar+” tətbiqindən yararlanırlar. Müştəri xidmətlərinin bir çox funksiyasını özündə daşıyan bu tətbiq, abunəçilər üçün şəffaf müştəri təcrübəsinin ayrılmaz bir hissəsidir. Belə ki, tətbiqin yüklənmə sayı son 6 ayda 150% artaraq 300 mini ötüb.

"Nar+” tətbiqivasitəsilə abunəçilər bir neçə saniyə ərzində yeni internet paketi sifariş edə, tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, bonuslarını yoxlaya və yeniləyə bilirlər.Statistikaya əsasən, abunəçilərin "Nar+” tətbiqində ən çox müraciət etdiyi funksiyalar, balans və bonusların yoxlanması ilə yanaşı, internet paketlərinin sifarişi, yeni tarifin aktivizasiyası və ya dəyişdirilməsidir.

Tətbiqdən ən çox istifadə edənlər isə (61%) Bakı sakinləridir, 2-ci yerdə Sumqayıtda yaşayan abunəçilər, növbəti yerlərdə isə Gəncə və Quba, Qusar, Xaçmaz bölgələrinin sakinləri dayanır. Qeyd edək ki, istifadəçilər tətbiq vasitəsilə sərfiyyat haqqında izahlı qaimə əldə edə, rominq xidmətlərini idarə edə, eyni zamanda canlı çatla suallarına cavab ala bilərlər.

"Nar+” tətbiqini AppStorePlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı //www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

Beyons Nyu Yorkdakı konsertdə xəz paltoda çıxış edib - FOTO

Beyons Nyu-York konsertinə kultnalı xəz palto geyinib. Bu yaxınlarda ulduz Nyu-Yorkda verdiyi konsertdə Lvov brendi “Cultnaked”in kürkünü geyinərək ...

İçəriyə bomba qoyulduğunu iddia edən sərnişin təyyarədə xaosa səbəb olub - FOTO

Avropa səmasında təyyarənin qapısını açmağa çalışan sərnişini üç nəfər saxlayıb. Hadisədən sonra kapitan ən yaxın hava limanına planlaşdırılmamış eniş etməyə mə...

İtlərin böyütdüyü Oksana Malayanın qeyri-adi hekayəsi - FOTO

Bəzi uşaqlar yalnız itləri təqlid etməklə əylənirlər. Lakin Oksana Malaya üçün bu, oyun deyil, sağ qalma yolu idi. Ailəsi tərəfindən baxımsız qalan bu kiçik qız...

40 il sivilizasiyadan kənar qalmış Lıkovlar ailəsinin şok hekayəsi

1978-ci ilin yayında Rusiyada Cənubi Sibir meşələrində mineral kəşfiyyat ekspedisiyası alimləri heyrətə gətirib.   Sfera.az bu yazıda sizə 40 il sivi...

Prezident 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım etdi

Prezident İlham Əliyev 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: ...

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.   Sfera.az xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərba...