Türkiyədə koronavirusdan ölənlərin sayı 6000-i ötdü

Dünya
22:45 / 31.08.2020
10141
Türkiyədə son sutka ərzində koronavirusdan 44 nəfər dünyasını dəyişib, 1587 nəfər isə virusa yoluxub.
Sfera.az xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6370-ə, yoluxanların sayı isə 270 133-ə yüksəlib. Son 24 saat ərzində 1087 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Ümumilikdə sağalan xəstə sayı 244 926-a çatıb.