ÜST-dən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA - Avqustun 31-də

ÜST-dən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA - Avqustun 31-də
 

COVID-19 pandemiyası təhsil sisteminin fəaliyyətində misli görünməmiş kəsintiyə səbəb oldu və hazırda əsas məqam tədris müəssisələrinin fəaliyyəti bərpa olunduqdan sonra maksimum dərəcədə təhlükəsiz işin təmin olunmasıdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildiriblər.

ÜST-dən bildirilib ki, COVID-19 pandemiyası 190-dan çox ölkədə təxminən 1,6 milyard şagird və tələbəyə təsir göstərib. Onun sözlərinə görə, əksər Avropa ölkələri pandemiya ilə mübarizə çərçivəsində gec və ya tez məktəblərin bağlanması barədə qərar verməli idi:

"Məktəblərin açılması ilə bağlı qərarın qəbulu zamanı əsas məsələ ondan ibarətdir ki, ümumi epidemioloji kontekstdə uşaqların və əməkdaşların sağlamlıqları üçün riskləri nəzərə alaraq bu müəssisələrin fəaliyyətini maksimum təhlükəsiz dərəcədə necə təşkil etmək olar. Əgər biz virusun yayılmasına nəzarət edə bilsək, tədris müəssisələrinin açılması həm şagirdlər üçün, həm də orada işləyənlər üçün təhlükəsiz olacaq. Avqustun 31-də ÜST-ün Avropa regional bürosu 53 üzv-dövlət üçün COVID-19-la mübarizə çərçivəsində məktəb tədrisi üzrə virtual iclas keçirəcək”.

 

Nümayəndənin sözlərinə görə, məktəblərin təhlükəsiz fəaliyyəti üzrə variantlar məktəb şəraitində şəxsi gigiyena və sosial məsafə tədbirlərinə əməl etmək, eləcə də konkret şərtlər nəzərə alınmaqla digər tədbirlərin çevik və səmərəli tətbiqini əhatə edir. O, bir daha vurğulayıb ki, uşaqlar virusun yayılmasının mənbəyi ola bilər:

"Uşaqların xəstəliyi ağır formada keçirməsi şanslarının az olması hesab edilsə də, onlar virusun digər insanlara ötürülməsinin mənbəyi ola bilər. Biz əlimizdən gələni etməliyik ki, yaşımızdan asılı olmayaraq, yoluxmayaq. Uşaqları məsafə saxlamağın, əlləri tez-tez yumağın və virusun ötürülməsinin qarşısının alınması üzrə digər tədbirlərin vacibliyi barədə məlumatlandırmaq lazımdır. Böyüklər bu mövzunu uşaqlarla müzakirə etməli və onları maraqlandıran suallara cavab verməlidir”.


OXŞAR XƏBƏRLƏR

Kiyevdə partlayış olub, 2 nəfər ölüb

Kiyevdə partlayış olub.   Sfera.az APA-ya istinadən bildirir ki, Qoloseevsk rayonunda avtomobil nəqliyyatı müəssisəsinin ərazisində baş verən partlay...

SAKİNLƏRİN NƏZƏRİNƏ: Bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Formula-1 üzrə "Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanacaq.   Sfera.az xəbər verir...

Azərbaycanda məşhur karate ustası HƏBS EDİLDİ

Tanınmış karate müəllimi Tərlan Cavadov həbs edilib.   Sfera.az xəbər veri ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, Yasamal Rayon Polis İdarəsi tə...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO

Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb.   Sfera.az icmalı təqdim edir:     ...

Külək əsəcək, dağlıq ərazilərdə yağış yağacaq

Sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az...

Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin kömək...