"Barselona" Messinin komandanı tərk etmək istədiyini təsdiqlədi

İdman
22:30 / 25.08.2020
7798
İspaniya "Barselona"sı komandanın kapitanı Lionel Messinin Kataloniya təmsilçisindən ayrılmağa qərar verdiyini təsdiqləyib.
Sfera.az xəbər verir ki, argentinalı futbolçu bu barədə rəhbərliyə məlumat verib.
Bildirilib ki, 33 yaşlı hücumçu müqaviləsindəki xüsusi bənddən istifadə edərək sözləşməsini birtərəfli şəkildə pozmaq fikrindədir.
Amma "Barselona" təcrübəli oyunçunu heyətdə saxlamaq üçün bütün gücünü səfərbər etməyi planlaşdırır.
Qeyd edək ki, Messi ilə İngiltərənin "Mançester Siti", "Mançester Yunayted" klubları, Fransa PSJ-si və İtaliya "İnter"i yaxından maraqlanır. (report.az)