Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
 "Bu ilin avqust ayı hava sürprizləri ilə dolu oldu. Bunlardan biri də Şahdağda 11 santimetr hündürlüyündə əmələ gələn qar örtüyüdür”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O deyib ki, müşahidələrin aparıldığı 2009-cu ildən bəri ilk dəfədir ki, belə hal qeydə alınır:

"Ötən illərdə avqustun sonunda yalnız sulu qar müşahidə olunmuşdu. Bir gecə ərzində respublikanın bir sıra rayonlarında düşən yağıntının miqdarı adətən, ay ərzində düşən yağıntının miqdarına bərabər olub. Bəzi rayonlarda, xüsusən Böyük Qafqazın ayrı-ayrı ərazilərində, bəzi Aran rayonlarında, hətta paytaxt Bakıya düşən yağıntının miqdarı aylıq normadan çox olub. Güclü külək respublikanın əsasən Kür vadisi rayonlarında qeydə alınıb. Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 31 metrə, Xəzərdə dalğanın hündürlüyü isə 5,3 metrə qədər çatıb.

Yağıntılı hava şəraiti respublikanın rayonlarında fasilələrlə davam edəcək. Yağıntıların kəsilməsi avqustun 24-ü səhər saatlarından gözlənilir”.

OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...