Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha 17 nəfər cərimələndi - FOTO

15:07 / 23.08.2020
8899
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha bir neçə şəxs cəzalandırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.
Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə cərimə ediliblər.