Deputat: Azərbaycanda qanun aliliyi heç kim üçün istisna nəzərdə tutmur

Deputat: Azərbaycanda qanun aliliyi heç kim üçün istisna nəzərdə tutmur
 Bu gün bütün dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində ciddi və təsirli addımlar atılır, müvafiq karantin rejimi tətbiq olunur, məhdudiyyətlər qoyulur, vətəndaşlarımızın sağlamlığının qorunması üçün əməli tədbirlər həyata keçirilir. Bununla yanaşı ölkəmiz bu bəla ilə qlobal miqyasda mübarizə aparılması üçün uğurlu beynəlxalq əməkdaşlıq həyata keçirir, Ümumdünya Səhiyyə Təşkilatına hərtərəfli dəstək verir, xarici ölkələrə xeyli maddi yardım göstərir.

Sfera.az xəbər verir ki, bu barədə trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, eyni zamanda, ölkəmiz daxilində pandemiyanın geniş yayılmaması, karantin rejiminin tətbiq edilməsi, karantin qaydalarının pozulmasına görə cəza tədbirlərinin müəyyən olunması və sərtləşdirilməsi məqsədilə Milli Məclis tərəfindən bir sıra qanunvericilik aktları, Nazirlər Kabineti tərəfindən isə müvafiq normativ hüquqi aktlar qəbul olunub:

"Məsələ ilə bağlı müvafiq maarifləndirmə işlərinin aparılması məqsədilə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla, ölkənin tanınmış ictimai-siyasi xadimləri, hökumət üzvləri, vəzifəli şəxslər qəbul olunmuş qayda və qanunlara ciddi riayət etməyə, karantin rejiminin tələblərinə əməl etməyə çağırmışlar. Lakin bütün bunlara baxmayaraq, karantin qaydalarının pozulması halları müşahidə olunmaqdadır və bu hallara yol verənlər qanunvericiliyə uyğun olaraq cəzalandırılır. Bu günlərdə isə Milli Məclisin keçmiş deputatı İlham Əliyevin karantin qaydalarını kobud surətdə pozmaqla övladına toy şənliyinin təşkil etməsi və həmin tədbirdə bir sıra məmurların iştirakı cəmiyyətdə əks-səda və ciddi təəssüf hissi doğurmuş, bir çox insanların narazılığına səbəb olmuşdur. Təsadüfi deyil ki, bu tədbirin təşkilatçılarının cəzalandırılması Azərbaycanda hər kəsin qanun qarşısında bərabər olduğunu, qanun aliliyinin heç kim üçün istisna nəzərdə tutmadığını bir daha göstərdi. Hesab edirəm ki, hər bir dövlət məmuru, vəzifəli şəxs karantin qaydalarına ciddi əməl etməli, öz davranışı ilə məsuliyyətli olmalı və digərləri üçün nümunə göstərməlidir".

OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...