Pato Braziliya klubundan ayrıldı

İdman
19:30 / 22.08.2020
8141
Braziliyanın "San-Paulu" klubunu hücumçusu Aleşandre Pato komandadan ayrıldığını açıqlayıb.
Sfera.az xəbər verir ki, 30 yaşlı futbolçu "Instagram" hesabında bu barədə məlumat yayıb.
Braziliya millisinin keçmiş üzvü "San-Paulu"da 2019-cu ilin martından çıxış edirdi. O, komandada keçirdiyi 33 oyunda 9 qol vurub. Pato "İnternasional", "Milan", "Korintians", "Çelsi" və "Vilyarreal", "Tynaçzin Qoyançzyan" kimi klublarda oynayıb.