“Lotu Quli”nin ölümündən sonra cinayətkar aləmin yeni liderinin adı açıqlandı - FOTO

“Lotu Quli”nin ölümündən sonra cinayətkar aləmin yeni liderinin adı açıqlandı - FOTO
 

Cinayətkar aləmdə liderliyə iddia edə biləcək yeganə kriminal avtoritet Suxumi klanının lideri Merab Djanqveladzedir ("Suxumski”).

Bu barədə Lenta.ru-ya kriminal aləmdə həyatın işıqlandırılması ilə məşğul olan, Rusiyanın  "Praym Kraym” informasiya agentliyinin redaktoru Viktoriya Gefter məlumat verib.

Onun fikrincə, Merab Suxumskini yeraltı dünyanın yeni lideri adlandırmaq olar, çünki o, avqustun 19-da qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifov ("Lotu Quli”) ilə bərabər nüfuza malik biridir.

"Praym Kraym” redaktoru "Quli”nin ölümünün mafiya müharibələrinin nəticəsi olduğunu deyib:

"Düşünürəm ki, bu (qətl) ən çox elə "Quli”nin özü üçün gözlənilməz oldu. Bir çoxu onun belə sonu  olacağını proqnozlaşdırsa da, bu qədər tez olacağını düşünmürdü. "Quli” düşmənlərini tanıyırdı, amma ölümün haradan gələcəyini bilmirdi. Qatilini özü yaxınlaşdırdı və başının arxasından vuruldu”.

Viktoriya Qefter azərbaycanlı "qanuni oğru”nun klanının taleyinin anlaşılmaz olduğunu bildirib.

"Əsas məsələ Quli imperiyasının nədən ibarət olduğu və onun kimə miras qalacağıdır”, - deyə agentliyin həmsöhbəti sözlərini yekunlaşdırıb. (oxu.az)



OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...