KÖMƏYƏ ÇAĞIRIŞ: “Övladım üçün sehrbazlar axtarmağa davam edirəm...” - FOTO

KÖMƏYƏ ÇAĞIRIŞ: “Övladım üçün sehrbazlar axtarmağa davam edirəm...” - FOTO

Əli Ayvazovun 2016-cı ildən təxirəsalınmaz müalicəyə ehtiyacı var.


Sfera.az bildirir ki, uşağın atası Məsim Ayvazovun sözlərinə görə, 2017-ci ilin may ayında Bakıda klinik Dialabda aparılan müayinə zamanı nevroloq Yelena Vladimirova ona hidrosefaliya, hipertoniksindrom, nitq və motor inkişafının ləngiməsi diaqnozu qoymuşdu.

 

 

2018-ci ilin iyul ayında Litvada aparılan növbəti müayinələr zamanı Vilnüs Universitetinin Santara Rama Dövlət Klinik Xəstəxanasında balaca Əliyə autizmin spektr pozuntusu diaqnozu qoyuldu.


 

Daha sonra, 2020-ci ilin yanvar ayında Bakıdakı MediClub klinikasında Rusiyadan gələn uşaq nevrologiyası üzrə professor Andrey Petruxin tərəfindən müayinə edildikdən sonra, Əliyə motor alaliya diaqnozu qoyuldu.


 

"Sizdən kömək istəyərəm! Əlinin reabilitasiyaya ehtiyacı var. Artıq iki ildir ki, oğlumuzu öz vəsaitimiz hesabına müalicə edirik, amma daha buna imkanımız yoxdur, ailəmizin maddi durumu çox ağırdır. Ailədə işləyən tək adam mənəm. Oğlumu müalicə etdirdiyimiz bu illər ərzində döymədiyimiz qapı qalmayıb. Xeyriyyə fondları müalicənin nəticələrini uzun müddət gözləmək lazım olduğunu səbəb gətirərək, bizə yardım etməkdən imtina edir. Biz bir çox məmura müraciət etsək də, demək olar, hər yerdə gələcəyin əsgərinə qarşı biganəliklə üzləşmişik.

 

 

Təəssüf ki, iki il davam edən mübarizə müddətində davamlı dəstək mənbəyi tapa bilmədik, buna görə oğlumun sağalması üçün qiymətli vaxtı itirməmək üçün özüm müxtəlif qurumlara məktublar yazmağa, Əli üçün "sehrbazlar" axtarmağa davam edirəm, çünki müalicə yalnız indi istənilən nəticəni verə bilər, nə qədəır ki, uşağın böyümə zonaları açıqdır və orqanizm inkişaf mərhələsindədir. Başqa sözlə, "hələ gec deyil ”, - deyə, Məsim müəllim fikrini tamamlayır.

 

Ata Sankt-Peterburqdakı Doktrina Uşaq Nevroloji Mərkəzi haqqında yaxşı rəylər eşitdiklərini qeyd edir. Amma koronavirus pandemiyası səbəbi ilə sərhədlər bağlanır, Buna görə də vaxt itirməmək üçün Bakıda müalicəyə başlayıblar.

 

 

"Bir xeyirxah insan yayda Əlini müalicə haqqını ödəməyə kömək etdi. Əli iyun ayından bəri üç mütəxəssislə - psixoloq, loqoped –defektoloq və idman müəllimi ilə birlikdədir. Onların sayəsində artıq müstəqil şəkilddə yemək yeməyi öyrənir. Tədricən bəzi hərifləri tələffüz etməyə başlayıb. Yəni Allaha şükür, müəyyən irəliləyiş görürük”.


 

Amma təəssüf ki, sentyabr ayından bəri bu dərslər üçün ödəniş etmək imkanımız yoxdur. Aylıq müalicə haqqı 1200 manatdan 1500 manata qədərdir. Mən təhlükəsizlik sistemində işləyirəm, amma eyni zamandda həm ailə saxlamaq, həm də xəstə övladını müalicə etdirmək çox çətindir...


 

Müalicə kursunu dayandırmaq, əldə edilən nəticəni itirmək deməkddir. Odur ki, müalicə kursu ən azı 1 il, bəlkə də daha uzun müddət fasiləsiz davam etdirilməlidir”,- deyə M. Ayvazov 1news.az-la söhbətində bildirib.

 

 

İmkanı olan şəxsləri bu ailənin problemlərinə biganə qalmamağa çağırırıq. İanələri aşağıdakı məlumatları daxil edərək Express Bankın ödəmə avtomatı vasitəsi ilə köçürə bilərsiniz: ID-581812, PIN-12NWA5Z. Həmçinin Express Bankın Məsim Ayvazovun adına olan 4724 9215 6414 6904 kartına ödəmə edə bilərsiniz. Balaca Əlinin atasının (050) 347-88-35 nömrəsinə zəng vurub pulu birbaşa ona çatdırmaq da olar.

 

 

Əli Ayvazovun diaqnozunu təsdiqləyən tibbi arayışlar yazıya əlavə olunub.


 

Verən əliniz kəsilməsin!




Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...