Aydın Mirzazadə: Azərbaycanda “5-ci kolon” rolunu oynamağa həvəslə razılıq verən insanlar var”

13:30 / 20.08.2020
8743
"Azərbaycanda "5-ci kolon” rolunu oynamağa həvəslə razılıq verən insanlar var.
Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə azvision.az-a açıqlamasında deyib.
"Bu insanlar ətrafında isə mif, qəhrəmanlıq obrazı yaradılmağa açlışılır. Məsələ də bu qəbildəndir. Nədənsə soruşmurlar ki, "5-ci kolon” nümayəndələrinin hesablarına gələn yüzminlərlə dollar pul haradandır?
Nəyə görə xaricdə müəyyən dairələr Azərbaycanda öz işinə vicdanla yanaşan və dəstəyə ehtiyacı olan mətbuat orqanlarına, ziyalılara deyil, məhz bu tipli insanlara dəstək verməyə böyük önəm verirlər? Cavab aydındır. Azərbaycanı parçalamaq üçün ölkə içərisindəki belə insanlardan istifadə edilir”.