Kürdəmirin icra başçısı bu səbəbdən həbs olunub

Kürdəmirin icra başçısı bu səbəbdən həbs olunub
 
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı saxlanılan icra  başçısı Ceyhun Cəfərova irəli sürülən ittihamlar məlum olub.

Sfera.az  Report-a istinadən xəbər verir ki, C.Cəfərov 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

Əməliyyat zamanı icra başçısı ilə yanaşı, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanıldığı bildirilir.

OXŞAR XƏBƏRLƏR

“Qarabağ” gəlirlərini açıqladı- 34 milyon

“Qarabağ” Futbol Klubunun 2024-cü il üçün ümumi gəlirləri bəlli olub.   Sfera.az xəbər verir ki, klubun maliyyə hesabatında qeyd olunub k...

"Moskva və Kiyev arasında danışıqları dəstəkləyirik" - Çin XİN

Çin Ukraynada sülhə nail olmaq üçün bütün təşəbbüsləri, xüsusən də Moskva və Kiyev arasında danışıqlar təklifini dəstəkləyib.   Sfera.az “Globa...

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...