ÜST-dən karantin rejiminin ləğvi ilə bağlı AÇIQLAMA

ÜST-dən karantin rejiminin ləğvi ilə bağlı AÇIQLAMA
 

Son günlərdə ölkə mətbuatında karantin rejiminin ləğvi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) aid olduğu iddia edilən açıqlama yayılıb.

Report məsələni araşdırmaq məqsədi ilə ÜST-ün Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fanara Bünyadzadə ilə əlaqə saxlayıb.

F.Bünyadzadə "Report"a deyib ki, mətbuatda yayılan açıqlama təhrifə uğrayıb:

"Bu, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Maria van Kerkhovenin hələ avqustun 1-də "Telegraph"a verdiyi müsahibəsindən götürülüb. Lakin onun fikirləri təhrif edilib".

O qeyd edib ki, müsahibədə karantin rejiminin ləğvindən bəhs edilməyib:

"Müsahibədə karantin rejiminin tətbiqinin yolverilməz və ya ləğvi ilə bağlı hər hansısa fikir mövcud deyil. O, sərt karantin rejiminin yenidən tətbiq olunmamasını tövsiyə edib. Onun sözlərinə görə, bunun keçmişdə tətbiq edilməsi yoluxmanın qarşısını almaq üçün olub. Maria van Kerkhove sadəcə karantin rejiminə bir daha ehtiyac olmayacağına ümid etdiyini bildirib".

Qeyd edək ki, Maria van Kerkhove "Telegraph"a müsahibəsində bir sıra ölkələrdə tətbiq edilən sərt karantin rejiminin ictimai səhiyyə infrastrukturunu yaratmaq üçün vaxt qazandırdığını bildirib. O qeyd edib ki, sağlamlığa dəyən ziyan, sosial və iqtisadi fəsadlardan dolayı ümumölkə karantin rejimi yerinə lokal karantin tədbirlərinin keçirilməsini tövsiyə edib.




OXŞAR XƏBƏRLƏR

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...